Modern.az

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi CAVAB

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi CAVAB

Təhsil

2 Mart 2025, 14:50

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Modern.az xəbər verir ki, buraxılış imtahanının nəticələrinin nə vaxt açıqlanacağı məlum olub.

Bildirilib ki, martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi