Türkiyənin tanınmış musiqiçisi Edip Akbayram vəfat edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, uzun müddət xəstəxanada müalicə olunurdu.
Sənətçi 2 aydır Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında müalicə alırdı.
74 yaşlı Edip Akbayram pnevmoniya müalicəsindən sonra yaranmış daxili qanaxma səbəbindən reanimasiyada olduğu müddətdə həyatını itirib.