Modern.az

Biri-birini iqtidara işləməkdə suçlayan AXCP ilə Müsavata YAP-dan reaksiya: “İqtidara işləmək qəbahət deyil”

Biri-birini iqtidara işləməkdə suçlayan AXCP ilə Müsavata YAP-dan reaksiya: “İqtidara işləmək qəbahət deyil”

Təhsil

24 Yanvar 2014, 14:24


Ölkənin aparıcı müxalifət partiyaları olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası rəsmiləri biri-birini iqtidara işləməkdə ittiham edir. Maraqlıdır, bu partiyalardan hansı öz dilləri ilə desək, hakimiyyətə işləyir?

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, AXCP ilə Müsavat arasında həmişə gərginlik olub:

“Bu gərginlikləri həmişə başqa-başqa ad altında maskalamağa çalışıblar. Ancaq bu günə qədər onlar arasındakı qalmaqallı proseslər davam edir. Bundan sonra da əgər partiya kimi gündəmdə qalsalar, davaları davam edəcək”.

S.Novruzov bildirib ki, AXCP və Müsavat arasındakı gərginliyin iqtidara heç bir aidiyyatı yoxdur. YAP funksioneri qeyd edib ki, həmin partiyalara toplaşan insanların hər biri üçün Azərbaycan xalqı deyil, şəxsi maraqları ön plana çəkilir.

“Dünənə qədər hər iki partiya Əbülfəz Elçibəyi lider kimi tanıyırdı. Bu gün isə Əli Kərimlini Müsavat Partiyası Elçibəyə xəyanətdə ittiham edir. Eyni zamanda AXCP də İsa Qəmbəri Elçibəyə xəyanət etməkdə günahlandırır. Bu ittihamlar onların özünün məhvinə gətirib çıxaracaq. Məsələlərin iqtidara heç bir aidiyyatı yoxdur”-deyə YAP rəsmisi bildirib.

Hakim partiya təmsilçisi “hakimiyyətə işləmək” ittihamlarını başqa aspektdən də dəyərləndirib.

“Təki onlar iqtdara işləsinlər. İqtidara işləmək xalqa, dövlətə xidmət etmək deməkdir. AXCP və ya Müsavatın ola bilər ki, hansısa nümayəndələrində bu keyfiyyəti tapmaq olar. Yenə deyirəm, iqtidara işləmək qəbahət deyil”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB