Modern.az

Ölkə ərazisində qeyri-sabit hava şəraiti proqnozlaşdırılır

Ölkə ərazisində qeyri-sabit hava şəraiti proqnozlaşdırılır

Təhsil

24 Yanvar 2014, 14:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yanvarın 25-də gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədsə 4-6 dərəcə aşağı enəcək, yanvarın 25-də şimal küləyi arabir güclənəcək, qeyri-sabit hava şəraiti yanvarın 27-si səhərə kimi davam edəcək.

Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində havanın tutulacağı proqnozlaşdırılır. Şimal küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında yanvarın 25-da havanın temperaturu gecə 2-4, günün birinci yarısında 5-7, axşama doğru 0-2 dərəcə isti təşkil edəcək. Gecəyə doğru hava yağıntılı keçəcək.

Azərbaycanın bölgələrində yanvarın 25-də bəzi şimal və şərq rayonlarında hava yağıntılı olacaq. Dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında yanvarın 25-də havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti proqnozlaşdırılır.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB