Modern.az

Arif Rəhimzadədən Dövlət Komitəsinə İTTİHAM: “Bələdiyyə torpaqlarına niyə xəritə verilmir?

Arif Rəhimzadədən Dövlət Komitəsinə İTTİHAM: “Bələdiyyə torpaqlarına niyə xəritə verilmir?

Təhsil

24 Yanvar 2014, 15:13


“Azərbaycanda bələdiyyələrin fəaliyyətinə müdaxilə halları var”. Modern.az xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, elə vəziyyət yaranıb ki, hazırda bələdiyyələr onlara ayrılan dotasiyanı müstəqil şəkildə istifadə edə bilmirlər:

“Bələdiyyələrə məxsus  torpaqların xəritələrinin olmaması da müəyyən problemlər yaradır. Artıq bələdiyyə torpaqlarının xəritələrinin hazırlanması ilə bağlı dövlət başçısı tərəfindən imzalananan sərəncamın icra müddəti bitib. Lakin hələ də xəritələr hazırlanmayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə Dövlət Reyestr Xidməti arasında əlaqəli iş qurulmaması səbəbindən indiyə qədər xəritə hazırlanmayıb. Bunun  üçün əlavə qanunverici akt lazımdırmı?”.

Alim 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB