Modern.az

“İrəvan xanlığının tarixi” albomu nəşr edildi

“İrəvan xanlığının tarixi” albomu nəşr edildi

Təhsil

24 Yanvar 2014, 15:50


Modern.az
xəbər verir ki, Bakıda “İrəvan xanliğinin tarixi” albom nəşr edilib. Tarix elmləri doktoru Zemfira Hacıyevanın müəllifi olduğu nəşrdə qədim Azərbaycan şəhərnə dair geniş elmi bilgilərlə yanaşı, 133 foto və xəritə daxildir.

Müəllif qeyd edir ki, orta əsr şəhəri olan İrəvanın tarixi haqqında ilk məlumatlara məşhur türk səyyahı-coğrafiyaçı Övliya Çələbinin “Səyahətnamə” (“Səyahətlər kitabı”) kitabında istinad edilir. Orada müəllif bu yaşayış məntəqəsinin yaranma tarixini XV əsrin əvvəllərinə aid edib. Çələbinin məlumatlarına görə, 1407-1408-ci illərdə Əmir Teymurun əzizlərindən biri olan tacir Xoca xan Ləhicani İrəvan torpağına ilk addımını atır. O, münbit torpaqlı məmləkəti görüb öz yaxınları ilə orada məskən salır. Bundan əlavə, Övliya Çələbi qeyd edir ki, 1509-1510-cu illərdə İrəvanın istilasından sonra Şah İsmayıl Xətai öz vəziri Rəvanqulu xana bu strateji əhəmiyyətli məkanda) Zəngi çayının sahilində, bir qala tikməyi əmr edir. Rəvanqulu xan qalanı 7 ilə tikir və sonradan qala “Rəvan” adlanır.

Nəşrdə İrəvanın xanlıq dövrünə aid geniş bilgilər mövccudur. Bu hissədə şəhərin siyasi-ictimai, sosial və mədəni həyatına dair dəyərli məlumatlar yer alıb.

“İrəvan xanliğinin tarixi” albom bir mühüm özəlliyi də bu qədim yurd yerinin əzəli Azrbaycan torpağı olmasını isbatlatan tarixi sənədlərdən çıxarışların, sitatların verilməsidir.
Kitab üç dildə - Azərbaycan, rus, ingilis dillərində nəşr olunub.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Elmi Mərkəzinin rəisi, tarix elmləri doktoru Zemfira Hacıyeva Azərbaycan, o cümlədən Qarabağ və İrəvan xanlıqlarının tarixinə dair bir neçə kitabın müəllifidir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB