Modern.az

Dövlət Baxçalıdan daha bir kürd liderinə sürpriz ZƏNG 

Dövlət Baxçalıdan daha bir kürd liderinə sürpriz ZƏNG 

Aktual

4 Mart 2025, 10:25

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına etdiyi "silahı yerə qoyma" çağırışı ilə Türkiyə siyasətində yeni səhifə açılıb.

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 22 oktyabr 2024-cü il tarixli çıxışı ilə başlayan proses Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) üzvləri ilə əlaqə qurmaqla davam etdirilir.

Bir neçə gün əvvəl ləğv olunmuş Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş sədri Səlahəddin Dəmirtaşa zəng edən MHP lideri bu dəfə DEM Partiyasının yüksək səviyyəli nümayəndəsi ilə danışıb.

Modern.az xəbər verir ki, İmralı nümayəndə heyətinin üzvü DEM Partiyası Van millət vəkili Pervin Buldan mətbuata açıqlamasında Baxçalının da ona telefonla zəng etdiyini bildirib.

Pervin Buldan daha əvvəl HDP-nin həmsdəri olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi