Modern.az

Milli Məclisin ilk iclasının gündəliyi açıqlandı

Milli Məclisin ilk iclasının gündəliyi açıqlandı

Parlament

24 Yanvar 2014, 16:34

Fevralın 3-də keçiriləcək Milli Məclisin yaz sessiyasının ilk iclasına 14 məsələ daxildir. Bu haqda Modern.az saytına açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, ilkin olaraq həm İntizam, həm Hesablayıcı komissiyanın tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.

“O cümlədən yaz sessiyasının qanunvericilik işlər planına bəzi təkliflər də daxildir. Həmçinin müxtəlif hökümətlər – Peru, İsrail, Türkiyə hökumətləri arasında müxtəlif xarakterli saziş layihələrinin ratifikasiyası, “Heydər Əliyev ordeninin təsis edilməsi haqqında” qanun layihəsinə əlavə və dəyişiklər, Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişiklər, Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklər edilməsi müzakirə olunacaq”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...