Modern.az

Vaqif Səmədoğlunun xanımı: “İsrailə iki-üç gün sonra gedəcəyik”

Vaqif Səmədoğlunun xanımı: “İsrailə iki-üç gün sonra gedəcəyik”

Təhsil

24 Yanvar 2014, 17:21

“Vaqif müəllim hələ ki, burda müalicə olunur. İki-üç günə yenidən İsrailə getməliyik. Vəziyyətinin necə olması barədə heç nə deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, müalicə olunur. Ümid Allahadır, görək necə olur”. Bunu Modern.az-a xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova bildirib.

Qeyd edək ki, xalq şairi Vaqif Səmədoğlu xərçəng xəstəliyi üzündən ötən ilin dekabrın 1-dən ayın sonunadək İsraildə müalicə olunub. 
N.Vəkilova həkimlərin təyin etdiyi qrafikə uyğun olaraq yenidən sözügedən ölkəyə getməyin vacib olduğunu qeyd edib.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB