Modern.az

KXCP funksioneri: “AMİP Milli Şuranın əleyhinədir”

KXCP funksioneri: “AMİP Milli Şuranın əleyhinədir”

Təhsil

24 Yanvar 2014, 18:07

“KXCP həm Milli Şurada, həm də Demokratik Qüvvələrin Birliyində təmsil olunur. DQB Milli Şuradan sonra yarandı. Əvvəlcə bu qurum başqa formatda fəaliyyət göstərirdi. Hazırda seçkidə iştirakla bağlı DQB-də müəyyən müzakirələr gedir”.

Bunu Modern.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib. O, seçki ilə bağlı müzakirələrin KXCP-də də aparıldığını bildirib: “Biz hər iki qurumda təmsil olunuruq, ehtiyac yaranarsa partiyanın siyasətinə uyğun addımlar atacağıq. Milli Şura artıq formalaşır. Əvvəllər qurumun idarəetmə orqanları yox idi. Milli Şurada qeyri-müəyyənliklər aradan qalxdıqca, KXCP seçki ilə bağlı məsələni həll edəcək. Müzakirələr partiya daxilində də aparılır və seçkidə iştirak etməyin tərəfdarıyıq”.

KXCP funksioneri qeyd edib ki, DQB-də Milli Şuranın əleyhinə olan AMİP-dir: “DQB-də KXCP, ACP, Böyük Azərbaycan Partiyası Milli Şurada təmsil olunur. Digər partiyaların da nümayəndələrinin Milli Şura ilə münasibətləri normaldır. Yəni, demək olmaz ki, DQB Milli Şuranın əlehinədir. Yusif Bağırzadənin dedikləri ilə də yeni tanış oldum. Deyilənlərin hamısına aydınlıq gətiriləcək”.

İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB