Modern.az

“Qarabağ”ın zədə alan futbolçusunun son durumu

“Qarabağ”ın zədə alan futbolçusunun son durumu

6 Mart 2025, 16:00

Azərbaycan Premyer Liqasının XXV turunun "Sumqayıt"la oyununda zədələnən "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Ağdam klubunun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 28 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.

Həkimlərin son müayinəsindən sonra təcrübəli oyunçu bu gün komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü "Sumqayıt"la görüşdə komanda yoldaşı ilə toqquşmadan sonra zədə almışdı. Həmin qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi