Modern.az

Siyavuş Novruzovun komissiyası yenidən təşkil olunur

Siyavuş Novruzovun komissiyası yenidən təşkil olunur

Parlament

25 Yanvar 2014, 15:06


Milli Məclisin yaz sessiyasının gündəliyi artıq bəllidir. Gündəliyə salınacaq məsələlərlə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, parlamentin  ilk iclasının vaxtı istirahət gününə təsadüf etdiyindən iclas fevral ayının 3-də keçiriləcək. Milli Məclis rəsmisinin dediyinə görə, parlamentin 2014-cü il qanunvericilik işləri planına 12 məsələ daxildir.

“Demək olar ki, həyatımızın həm sosial, həm iqtisadi, həm aqrar sahələrinin əhatə edən qanun layihələrinin müzakirəsi nəzərdə tutulur. Ümumi qayda olaraq Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıcan Muxtar Respubliaksının Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələrinin müzakirəsi ilə yanaşı, yaz sessiyasında bir çox qanunlara əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yaz sessiyasında həmçinin Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsinə dair qanun layihələri də işlər planına daxildir. Bundan əlavə, Milli Məclisin yaz sessiyasında Rəqabət Məcəlləsi, “Reklam haqqında”, “Dəniz Limanları haqqında”, “Akreditasiya haqqında”, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Yaşıllıqların mühafizəsi”, “Elm haqqında”, “Uşaqların asudə vaxtinin təşkili” haqqında qanun layihələri müzakirə olunacaq”.

Milli Məclisin ilk iclasının gündəliyinə isə 14 məsələnin daxil edildiyini deyən Akif Təvəkküloğlu parlamentin İntizam komissiyasının (sədr Siyavuş Novruzov), Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi və Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı sənədlərə baxılacağını bildirdi.
Qeyd edək ki, Siyavuş Novruzovun sədrlik etdiyi İntizam komissiyası deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Sədaqət Vəliyevadan ibarət təşkil olunub.

Hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.

A.Təvəkküloğlu deyib ki, ilk iclasın gündəliyinə “Azərbaycan Respulkiası hökuməti ilə Peru Respublikası hökuməti arasında diplomatik və xidməti xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad olunması haqqında” sazişin tətbiq olunması, Azərbaycan və İsrail hökumətləri arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad olunması ilə bağlı sazişin təsdiq olunması,” Azərbaycan və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişin təsdiq olunması ilə bağlı sənədlər daxildir.

"Həmçinin “Avropa Şurasının terrorçuluğun qarşısının alınamsı ilə haqqında” konvensiyanın təsdiq olunasmı ilə bağlı sənəd də gündəliyə daxil edilib. Azərbaycan və Türkiyə arasında təhlükəsizlik və əmkdaşlıq haqqqında sazişin, işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair kombinə edilmiş yükdaşımaları ilə bağlı sazişin təsdiq olunması da Milli Məclsiin ilk iclasının gündəliyinə salınıb. Bundan başqa, “Beynəlxalq telekommunikasiya reqlamentinin təsdiq edilməsi haqqında” və “Heydər Əliyev ordeninin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası 2005-ci il 2 aprel qanunu”na, Cinayət Prosesual Məcəlləsinə, Bakının Xəzər və Pirallahı rayonlarının inzibatı ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi ilə bağlı sənədlər fevral ayının 3-də keçiriləcək iclasın gündəliyinə salınıb”.

Gültəkin ƏLƏSGƏR          

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...