Modern.az

33 yaşlı kişi sevgilisi tərəfindən bıçaqlandı

33 yaşlı kişi sevgilisi tərəfindən bıçaqlandı

Aktual

7 Mart 2025, 09:00

Sumqayıtda 33 yaşlı kişinin sevgilisi tərəfindən bıçaqlandığı iddia olunur.

Modern.az xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü Əmrah Eldar oğlu Xudiyevin aralarında yaranmış münaqişə zəminində qeyri-rəsmi yaşadığı Nailə adlı xanım tərəfindən bıçaqlandığı deyilir.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama