Modern.az

“Lev Landau fəxri diplomu” təltif edildi

“Lev Landau fəxri diplomu” təltif edildi

8 Mart 2025, 11:54

AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılan məsələlərdən biridə “Lev Landau fəxri diplomu”nun təsis edilməsi ilə bağlı olub.

Bu barədə Modern.az-a AMEA-dan məlumat verilib.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli nəzəri fizika sahəsində fundamental araşdırmaları ilə tanınan Lev Landaunun Azərbaycan elmi ictimaiyyəti üçün xüsusi dəyər kəsb edən şəxsiyyət olduğunu bildirib. Qeyd edib ki, Bakıda doğulmuş bu dahi alim kvant mexanikası, bərk cisimlər fizikası, plazma fizikası və kosmologiya sahələrində inqilabi kəşflərə imza atıb, 1962-ci ildə Nobel mükafatına layiq görülüb. Onun elmi məktəbi və nəzəriyyələri müasir fizikanın inkişafına böyük təsir göstərib, dünyanın aparıcı elmi dairələrində yüksək qiymətləndirilib. AMEA prezidenti alimin irsinin Azərbaycan elmi və beynəlxalq elmi ictimaiyyət üçün böyük dəyər daşıdığını vurğulayıb.

İclasda AMEA-nın “Lev Landau fəxri diplomu”nun təsis edilməsi haqda qərar qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu