Modern.az

İdmançılarımız Avropa çempionatının finalında

İdmançılarımız Avropa çempionatının finalında

9 Mart 2025, 00:32

Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə U-23 Avropa çempionatına start verilib.

Modern.azxəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda finalçılar müəyyənləşib.

Azərbaycanın iki təmsilçisi qitə çempionatında finala vəsiqə qazanıb. Kənan Heybətov (70 kiloqram) və Fərid Cabbarov (79 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onlar müvafiq olaraq, rusiyalı Maqomed Eltemirov və Arsen Balayanla üz-üzə gələcəklər.

Təsəlliverici görüşlərdə Rəhman İmanov (57 kiloqram) Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla, Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla güləşəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər