Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dosenti, hüquq elmləri namizədi Rafiq Quliyev 66 yaşında vəfat edib. Modern.az saytının məlumatına görə, Rafiq Quliyev iki dəfə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa sabiq namizəd olub.
R.Quliyev 1948-ci ildə Cəbrayılda anadan olub. 1975-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən BDU-nun Hüquq fakültəsinin cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləyib.
O, son vaxtlaradək BDU-nun Hüquq fakültəsinin cinayət hüququ kafedrasında dərs deyirdi.
R.Quliyev həmişə xeyirxah əməllər carçısı olub, köməksizə kömək durub, xeyirxah işlərlə məşğul olub.
Allah rəhmət eləsin
Modern.az