Yanvarın 27-də Özrbəkistan Respublikasının müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatov Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.
General-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyasına, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və müdafiə sənayesi müəssisələrinə səfəri gözlənilir.
Özrbəkistan Respublikasının müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəsmi səfəri yanvarın 30-dək davam edəcək.
Modern.az