Modern.az saytı xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Məhəbbət Kazımov dünyasını dəyişib.
Qeyd edək ki, özü telekanallardakı verilişlərin birində də çıxışı zamanı həkimlərin ona 3 ay vaxt qoyduğunu demişdi.
M.Kazımov bu gün saat 11:03-də keçinib. Çağırışla mərhumun yaşadığı ünvana gəlmiş Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həkimləri onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, müğənninin təzyiq və şəkər xəstəliyindən əziyyət çəkidiyi bilirilib.
M. Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Musiqi təhsilini Asəf Zeynallı adına Musiqi Kollecində alıb. 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.
"Laçın" instirumental ansambılının rəhbəri kimi tanınıb.
Üç övlad atası idi.
Allah rəhmət eləsin.
Gülşən Raufqızı