Modern.az

Rusiya ilə ABŞ-nin müttəfiq olması gözlənilmir - Mixail Zabelin

Rusiya ilə ABŞ-nin müttəfiq olması gözlənilmir - Mixail Zabelin

Parlament

10 Mart 2025, 17:21

ABŞ Prezidenti Donald Trampın seçilməsinin sonra Rusiya ilə danışıqlar başlayıb. Ölkə nümayəndələri arasında iki dəfə - Səudiyyə Ərəbistanında və Türkiyədə bir araya gəliblər. Səfirliklərin fəaliyyətlərinin bərpası ilə bağlı razılığa gəlinib. 

Modern.az-a açıqlamasında Azərbaycanda Rus İcmasının sədri, deputat Mixail Zabelin bildirib ki, bu yaxınlaşmanın Azərbaycan üçün ciddi bir fərqi yoxdur:

"ABŞ-Rusiya münasibətləri Azərbaycan üçün elə də əhəmiyyət kəsb etmir. Digər yandan bundan sonra münasibətlərin daha da dərinləşib, müttəfiqlik səviyyəsinə gəlib çatması gözlənilmir".

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu