Modern.az

Gəncədə məktəbli bıçaqlandı

Gəncədə məktəbli bıçaqlandı

Hadisə

10 Mart 2025, 16:48

Gəncə şəhərində məktəbli bıçaqlanıb.

Modern.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.

On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya aparılıb. 

O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?