Modern.az

Azərbaycanla Gürcüstan arasında saziş imzalandı

Azərbaycanla Gürcüstan arasında saziş imzalandı

Parlament

10 Mart 2025, 18:45

Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində martın 10-da iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıblar.

 

Qeyd olunub ki, bu sənəd qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu