Daxili İşlər Nazirliyi Azərbaycanda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb. Məlumata görə, yanvarın 26-da saat 23 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Nadir Şükürovun idarə etdiyi “Mercedes”, Şamaxı rayon sakini Bahadur İbadovun idarə etdiyi “VAZ-21011” və Şəki rayon sakini Murad Abdulhəmidovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. N.Şükürovun sərnişinlərindən - Bakı şəhər sakini Gülbəniz Dibirova, habelə B.İbadov və onun sərnişinləri, qızları Ceyran və Zəhra hadisə yerində ölüb, N.Şükürov və digər sərnişinləri - Bakı şəhər sakinləri Purim Şamayılova, Fəridə Əliyeva, habelə B.İbadovun digər sərnişinləri - arvadı Arifə İbadova, Şamaxı rayon sakini Vidadi Novruzov, eləcə də M.Abdulhəmidov və sərnişini - Ağdaş rayon sakini Elşən Rüstəmov xəstəxanaya yerləşdirilib.
Modern.az