Modern.az

Azərbaycanın partiya sədri Kamal Kılıçdaroğlu ilə görüşüb - FOTOLAR

Azərbaycanın partiya sədri Kamal Kılıçdaroğlu ilə görüşüb - FOTOLAR

Təhsil

27 Yanvar 2014, 13:43

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının (AMAC) təşkilat komitəsinin sədri Hürrü Əliyevin qardaş Türkiyəyə səfəri uğurla davam edir. Ötən gün Türkiyənin ana müxalifət lideri Cumhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu Hürrü Əliyevi qərarganında növbəti dəfə qəbul etmişdir. İlkin olaraq geniş heyyətlə başlayan görüş daha sonra tərəflər arasında təkbətək davam edib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Türkiyə Azərbaycan münasibətlərinin hazırkı durumu, Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələləri müzakirə edilib. Həmçinin CHP və AMACP arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələsi ilə bağlı ikitərəfli razılıq əldə edilib. Kılıçdaroğlu H.Əliyevi növbəti dəfə  Türkiyədə, xüsusi ilə də CHP-də görməsindən məmnunluq duyduğunu ifadə edərək, vurğulayıb ki, bundan sonra da CHP-nin qapıları hər zaman AMACP üçün açıqdır.

Görüş zamanı H.Əliyev Türkiyədə yaxınlaşmaqda olan bələdiyyə seçkilərində CHP-yə  qalibiyyət arzulayıb. Görüş çox səmimi müstəvidə keçib və hər iki tərəf bu görüşlərin intensiv olmasını vurğulayıb.

Onu da qeyd edək ki, bu dəfəki səfər zamanı Hürrü Əliyev  CHP-nin xarici əlaqələr üzrə başqan yardımçısı Faruk Loğoğlu və CHP Ankara bələdiyyə başqanlığına namizəd Mansur Yavaşla da görüşlər keçirib.










Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB