“El” Hərəkatı üzvlərinin Milli Şurada təmsilçiliyi fərdi qaydada olacaq. Eldar Namazovun Milli Şuradan getməsi isə öz seçimidir. O, Milli Şuradan getməklə siyasi mübarizədən əl çəkmir. Bilirsiniz ki, Eldar müəllim “El”in Təşkilat Komitəsinin sədri seçilib. Hazırda hərəkat qurultaya hazırlaşır. İşləri çoxdur, ona görə də Eldar müəllimin istefasına normal yanaşılmalıdır”.
Bunu Modern.az-a Milli Şuranın üzvü, “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev hərəkatın sədri Eldar Namazovun Milli Şuradan istefa verməsinə münasibət bildirərkən deyib. E.Quliyev “Müsavat Partiyası Milli Şuradan gedəndə sərt tənqid etdiniz. Bəs, Eldar Namazovun və Müsavat funksionerlərinin Milli Şuradan getməsində fərq nədədir” sualına belə cavab verib: “Müsavat Partiyası oradan kollektiv şəkildə çıxdı. Müsavat çıxanda bildirdi ki, quruma zərbə dəyəcək. Onların çıxmasında bir qədər qeyri-səmimilik var idi, ona görə tənqid edirdim. Kimsə Milli Şuraya “yox” deyib, çıxırsa, bu, başqa məsələdir. Necə ki, Müsavat belə dedi. Eldar müəllim Milli Şuraya uğurlar diləyib getdi. Hamımız bir amal uğrunda mübarizə aparırıqsa, kimin harada olması önəmli deyil. “El” də, Milli Şura da eyni hədəf uğrunda mübarizə aparacaqsa, Eldar müəllimi qınamaq lazım deyil”.
Qeyd edək ki, “El” Hərəkatının 3 üzvü-Eldəniz Quliyev, Rövşən Əhmədli, Nurəddin Mustafayev Milli Şurada fəaliyyətlərini davam etdirirlər. Onlar həm də qurumun Koordinasiya Şurasında təmsil olunurlar.
İlkin