Daxili İşlər Nazirliyi Bakıdakı ölümlə nəticələnmiş bina uçqunu barədə rəsmi məlumat yayıb. Məlumata görə, yanvarın 25-də saat 16 radələrində Nərimanov rayonu A.Nemətulla küçəsi ev 68/27-də sökülməkdə olan binanın bir hissəsi uçaraq yolun hərəkət hissəsinə tökülüb. Bu zaman həmin ərazidə hərəkətdə olan Abşeron rayon sakini Mehman Məhərrəmovun idarə etdiyi “Ford”, Bakı şəhər sakinləri Kamran Hüseynlinin idarə etdiyi “Opel”, Məftun Süleymanovun idarə etdiyi “Hyundai”, Sahib Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər əzilib, “Mitsubshi” markalı avtomobili idarə edən Cavid Bayramlı və sərnişini Asiman Əkbərov hadisə yerində ölüblər.
Nərimanov rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Modern.az