Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açaraq, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixli sərəncamını xatırladıb, görkəmli ictimai-siyasi xadimin həyatı, ədəbi, siyasi fəaliyyəti haqqında söhbət açıb. Bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri olub.
Sessiyada Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.
Modern.az