Modern.az

Bu yolda hərəkət tam məhdudlaşdırılır - Sürücülərin nəzərinə!

Bu yolda hərəkət tam məhdudlaşdırılır - Sürücülərin nəzərinə!

Aktual

11 Mart 2025, 16:04

Sabah saat 09:00-dan 23:00-a qədər Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinə qədər olan hissəsində tam məhdudlaşdırılacaq. 

Bu barədə Modern.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", -  məlumatda qeyd olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama