Modern.az

General Mədət Quliyev giziri işdən qovdu

General Mədət Quliyev giziri işdən qovdu

Təhsil

27 Yanvar 2014, 14:53

26.01.2014-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən Həbsxananın əməkdaşı ədliyyə kiçik giziri Süleymanov İlqar Əlisurət oğlunun üzərinə baxış keçirilərkən ondan 1(bir) ədəd “Samsunq” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsidən verilən məlumata görə, ədliyyə kiçik giziri İ.Ə.Süleymanov Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric edilib. Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB