“Son günlər orduda atəşkəsin dəfələrlə pozulması çox ciddi məsələdir”. Bunu
Modern.az-a açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov deyib. Onun sözlərinə görə, atəşkəsi pozan tərəf ciddi cəzalandırılmalıdır: “Dövlətlər arasında atəşkəs memerandumu imzalanıb. Buna görə də qarşı tərəf atəşkəsi pozmaqla çox ciddi səhv edir”.
Müharibənin yenidən başlamasına gəldikdə, Bayram Səfərovun fikrincə, müharibənin olması barədə çoxlu fikirlər səsləndirilir: “Kim nə gəldi danışır. Unutmayaq ki, müharibə etmək yalnız Ali Baş komandanın əmrindən sonra reallaşa bilər. Yoxsa, bu barədə hər kəs nə istəsə danışa bilməz”.
Qeyd edək ki, son günlər orduda atəşkəsin pozulması halları müşahidə olunur.
Namidə BİNGÖL