Modern.az

Qadın dəm qazından boğularaq öldü

Qadın dəm qazından boğularaq öldü

Hadisə

13 Mart 2025, 09:19

Bakıda qadın kirayə qaldığı evdə dəm qazından zəhərlənərək ölüb.

Modern.az xəbər verir ki, hadisə şəhərin Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Şəhla Dünyamalıyeva kirayə yaşadığı mənzilin yataq otağında yatarkən mətbəxdə qaz plitəsinin üzərində olan çaydandakı su qaynayıb, daşaraq qazın sönməsinə səbəb olub.

Nəticədə Şəhla Dünyamalıyeva evə yayılmış qaz sızmasından zəhərlənərək ölüb.

Hazırda faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər