Ötən gün Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Modern.az-a bildirilib ki, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər, vəziyyəti stabil olaraq qiymətləndirilir.
***
09:54
Beyləqanda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, ötən gün rayonun Daşbrun qəsəbəsində hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ- 21015" markalı avtomobillə toqquşub.
Nəticədə hər iki avtomobildəki sərnişinlərdən altı nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralılardan dörd nəfərin Füzuli, ki nəfərin isə Beyləqan rayon sakinləri olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.