Modern.az

Kürəkən keçmiş qayınatasını bıçaqladı

Kürəkən keçmiş qayınatasını bıçaqladı

Hadisə

13 Mart 2025, 10:04

Qusarda kürəkən keçmiş qayınatasını bıçaqlayıb.

Modern.az-ın məlumatına görə, Qusarın Muncuqoba kəndində cinayət hadisəsi baş verib.

Belə ki, əslən Muncuqoba kəndindən olan, hazırda Bakı şəhərində yaşayan Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi döş qəfəsindən bıçaqlayıb.

Yaralı R. Mustafayev Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Keçmiş kürəkənin qayınatasını aralarında yaranmış şəxsi mübahisə zəminində bıçaqladığı deyilir.

Faktla bağlı araşdırma başlanılıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!