Modern.az

Əsgəranda ağır qəza - Sürücü yaralandı

Əsgəranda ağır qəza - Sürücü yaralandı

Hadisə

13 Mart 2025, 10:26

Xocalı rayonunun Əsgərən qəsəbəsi ərazisində yol qəzası qeydə alınıb.

Modern.az xəbər verir ki, "Körpü Bina Tikinti" MMC-yə məxsus "Shacman" markalı yük maşını idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb. Qəza nəticəsində sürücü xəsarətlər alıb, avtomobil yararsız hala düşüb. O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI