Modern.az

Prezidentin köməkçisi Ermənistanı konstitusiyasını dəyişməyə ÇAĞIRDI

Prezidentin köməkçisi Ermənistanı konstitusiyasını dəyişməyə ÇAĞIRDI

Ölkə

13 Mart 2025, 12:46

Ermənistanın Azərbaycana qarşı iddialarına baxdıqda görürük ki, bəzi havadarlarının dəstəyi ilə onlar artıq keçmişin bir aləti olan, hər hansı bir funksiyası olmayan Minsk qrupunun hər bir vəcdə saxlanmasına da cəhd göstərirlər. Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz. Əgər kimsə Minsk qrupunu dirçəltməyə çalışa bilərsə, bunlar yalnız utopik fikirlər ola bilər.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi deyib ki, Minsk qrupu yaradılanda onun təməlini məhz münaqişənin həll edilməsi təşkil edirdi. "Münaqişə yoxdur. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək Minsk qrupu kimi lazımsız bir alətin saxlanmasına çalışır", - deyə H.Hacıyev bildirib.

Azərbaycanın bu məsələdə israrlı olduğunu qeyd edən Prezidentin köməkçisi vurğulayıb: “Hesab edirik ki, bu kimi məsələlər, xüsusilə də Ermənistanın Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırmasından sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu