Modern.az

Prezidentdən Sahil Babayevlə bağlı yeni SƏRƏNCAM

Prezidentdən Sahil Babayevlə bağlı yeni SƏRƏNCAM

13 Mart 2025, 13:10

Maliyyə naziri Sahil Babayevə üç yeni vəzifə verilib.

Modern.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Sahil Babayev Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın, həmçinin Azərbaycan və Monteneqro Hökumətlərii arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən sədri təyin edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini isə komissiyaların üzvləri siyahısına daxil edilib.

Qeyd edək ki, Sahil Babayev ötən ay maliyyə naziri təyin edilib. O, 21 aprel 2018-ci il tarixində əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmişdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu