Modern.az

"Soyqırımı" prioritetlərimiz arasında deyil - PAŞİNYAN

"Soyqırımı" prioritetlərimiz arasında deyil - PAŞİNYAN

Dünya

13 Mart 2025, 16:44

Qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması hazırda Ermənistanın xarici siyasət prioriteti deyil.

Modern.az xəbər verir ki, bunu  Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına açıqlamasında bildirib.

O qeyd edib ki, qondarma "soyqırımı"nın  beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın təhlükəsizliyi və regional sabitlik baxımından yenidən qiymətləndirilməlidir. O, digər dövlətlərin parlamentlərinin bu barədə qərarlarının Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə nə kimi təsir göstərdiyini sorğulayıb.

Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının mövcud olduğu indiki şəraitdə əsas məsələ təhlükəsizlik və rifahın təmin edilməsidir. Bu kontekstdə, regionda sabitlik yaratmağın vacib olduğunu bildirib: "Bizim ehtiyacımız olan sülh, əlçatan olan sülhdür, yəni burada və indi əldə edilə bilən sülhdür".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI