Modern.az

Ayaz Mütəllibov Şəhidlər Xiyabanını ziyarət edib

Ayaz Mütəllibov Şəhidlər Xiyabanını ziyarət edib

28 Yanvar 2014, 10:38

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 20 Yanvar şəhidlərinin məzarını ziyarət edib.  Bu barədə Modern.az saytına eks-prezidentin mətbuat xidmətinin rəhbəri Anar Ağayev məlumat verib. Onun sözlərinə görə, sabiq prezident 19 yanvar tarixində 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Bakıdakı Şəhidlər Xiyabanına gedib, Sovet Ordusu tərəfindən Bakıda qətlə yetirilmiş şəhidlərin xatirəsini yad edib.
Qeyd edək ki, 1990-cı ildə 20 Yanvar qırğını baş verən zaman  A. Mütəllibov Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində idi.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi