Modern.az

Dərs vaxtı qaçırılan qız ailəsinə təhvil verildi - YENİLƏNİB

Dərs vaxtı qaçırılan qız ailəsinə təhvil verildi - YENİLƏNİB

Hadisə

14 Mart 2025, 19:27

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.

 

***

08:51

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadə olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.Az-a bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!