Mədəniyyət və Turizm Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 28-də M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlə bağlı geniş açıqlama veriləcək. Bunu nazirliyin mətbuat xidmətindən İntiqam Hümbətov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, Bakıda, eyni zamanda Türkiyədə böyük yubiley tədbirinin keçirilməsi planlaşdırılır. “M.Ə.Rəsulzadə irsinin araşdırılması üçün çoxlu sayda alimlər, araşdırmaçılar, tədqiqatçılar, mütəxəssislər cəlb edilib. Onların adını bir-bir sadalaya bilmərəm. O ki qaldı kimlərinsə bu tədbirə cəlb edilməməsinə, Mədəniyyət və Turizm Nazirliyinə gileyinə şərh vermək istəmirəm”. Qeyd edək ki, bir sıra tədqiqatçılar, o cümlədən tarixçi Nəsiman Yaqublu nazirliyi Rəsulzadə irsinin araşdırmaçılarına qarşı qısqanc münasibətdə olmaqda suçlamışdı.
Gülşən Raufqızı