Modern.az

Daha bir qurumun əməkdaşlarının maaşı ARTDI

Daha bir qurumun əməkdaşlarının maaşı ARTDI

14 Mart 2025, 10:32

"Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri" yeni redaksiyada təsdiqlənib.

Modern.az xəbər verirr ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza