Modern.az

Azərbaycanda universitet müəllimləri nə qədər maaş alır?

Azərbaycanda universitet müəllimləri nə qədər maaş alır?

Təhsil

14 Mart 2025, 10:47

Azərbaycan dövlət universitetlərində maaşlar əsasən dövlət büdcəsindən təyin edilir və sabit olur. Lakin özəl universitetlərdə isə maaşlar bazar tələbinə uyğun olaraq daha yüksək ola bilir.

 

Modern.az-ın məlumatına görə, mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.

 

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, 2024-cü ilin dekabrından UNEC-də pedaqoji heyət üzrə əmək haqqı orta hesabla 15% artırılıb:

 

“Artımdan sonra orta aylıq əmək haqqı pedaqoji heyət üzrə 1689 manat olub”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəhruz Nəzərov söyləyib ki, ADNSU-nun professor - müəllim heyətində vəzifə maaşları, professor - 2040 AZN, dosent - 1440 AZN, müəllim - 1200 AZN və tyutor - 750 AZN məbləğində əmək haqqı alır.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, akademik heyət üzrə orta əmək haqqı 1210 AZN-dir.

 

Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, LDU-da professor üçün minimum 1700 manatdan başlanır:

 

"Belə ki, dosent üçün minimum 1260, dərəcəli baş müəllim 1160, baş müəllim 1050, dərəcəli müəllim 960, dərəcəsiz müəllim isə minimum 850 manat alır”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu