“Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Hər iki seçki bizim üçün mühümdür”. Bunu Modern.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O, bələdiyyə seçkiləri ilə bağlı mübahisəli məqamların olduğunu qeyd edib: “Həm bələdiyyələrin statusunun qeyri-müəyyən olması, həm də seçki qanunvericiliyinin bərbad vəziyyətdə olması partiya rəhbərliyində və yerlərdəki təşkilatlarda seçkiyə qatılmamaq qənaəti formalaşdırıb. Bununla bağlı hələ heç bir qərar yoxdur, müzakirələr aparırıq. Amma parlament seçkilərində mütləq iştirak edəcəyik”.
Ə. Əliyev “seçkidə hansı formatda iştirak edəcəksiniz” sualına belə cavab verib: “Partiyalarla əməkdaşlığımızı davam etdiririk. Seçkidə iştirak etməklə bağlı bizə təkliflər olunub. Hazırda təklifləri müzakirə edirik. Təkliflərin hansı partiyalardan olmasını müzakirələr yekunlaşdıqdan sonra açıqlayacağıq”.
İlkin PİRƏLİ