Modern.az

Sülh razılaşmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur - Mirzoyan 

Sülh razılaşmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur - Mirzoyan 

14 Mart 2025, 11:52

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh razılaşması olduqdan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmayacağını bildirib.

Modern.az xəbər verir ki, Mirzoyan bu barədə Ermənistan parlamentində danışıb.

"Azərbaycanla münasibətlərin normallaşmasından sonra hesab edə bilərik ki, münaqişə institusional baxımdan başa çatıb, indidən deyə bilərik ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur", - o, bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistan təəssüf ki, Azərbaycan tərəfində bəzi ritorika görür.

"Mövqeyimiz aydındır: sülh sazişi imzalanan kimi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da öz qeydlərimiz olacaq", - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza