Modern.az

Türkman QHT-lərinin nümayəndələri Azərbaycanda...

Türkman QHT-lərinin nümayəndələri Azərbaycanda...

Aktual

14 Mart 2025, 17:20

Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Modern.az xəbər verir ki, heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir.

Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir. Qonaqlar martın 15-i Qarabağ Universitetinin müəllim və tələbələri ilə görüşəcək, növbəti gün isə Şuşa və Füzuli şəhərləri ilə tanış olacaqlar.

Martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.

Səfər martın 19-dək davam edəcək.

Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü