Modern.az

Bu gün 29 dərəcə isti olacaq

Bu gün 29 dərəcə isti olacaq

Aktual

15 Mart 2025, 08:00

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

 

Milli Hidrometeorologiya Xidmətindənm Modern.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında hava necə olacaq?

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-12° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 18-23° isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir