Modern.az

Daşkəsəndə silah-sursat tapıldı

Daşkəsəndə silah-sursat tapıldı

15 Mart 2025, 15:14

Daşkəsən Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, həmin ünvandan avtomat, daraq və 228 ədəd patron aşkarlanıb. Maddi sübutlar ekspertizaya təqdim olunub.
Bundan başqa polis əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində 5 ədəd müvafiq sənədləri olmayan ov silahı könüllü polisə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir