Modern.az

Samuxda yeniyetmə qız dəm qazından zəhərləndi

Samuxda yeniyetmə qız dəm qazından zəhərləndi

Hadisə

15 Mart 2025, 17:22

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü G.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, G.Məmmədova yaşadığı evin vanna otağında zəhərlənib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu