Modern.az

ABŞ ordusu Trampın əmri ilə hücuma keçdi 

ABŞ ordusu Trampın əmri ilə hücuma keçdi 

Dünya

15 Mart 2025, 23:54

ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinə Yəməndəki husi üsyançılarına güclü zərbələr endirməyi əmr edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb: "Bu gün mən ABŞ ordusuna yəmənli terrorçulara - husilərə qarşı qəti və güclü addımlar atmağı əmr etdim".

 

Tramp qərarını husilərin gəmilərə, təyyarələrə və dronlara atəş açması ilə əsaslandırıb.

 

"Husi terrorçularına mesaj göndərirəm - sizin vaxtınız bitdi. Bu gün hücumu dayandırmalısınız. Əks halda, heç vaxt yaşamadığınız cəhənnəm əzabı çəkəcəksiniz", - deyə ABŞ Prezidenti əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI