Modern.az

TRT-nin Bakı bürosunun rəhbəri Modern.az-da olub - FOTO

 TRT-nin Bakı bürosunun rəhbəri Modern.az-da olub - FOTO

Təhsil

28 Yanvar 2014, 15:30


TRT-nin Bakı bürosunun rəhbəri Emrah Timuçin Modern.az saytının qonağı olub.

Grüşdən məmnun olduğunu deyən E. Timuçin bildirib ki, Azərbaycanda onlayn KİV-lər içərisində Modern.az saytı hər gün izlədiyi internet resursudur. Bakı bürosunun işindən danışan E.Timuçin qeyd edib ki, Bakıda işləməkdən məmnundur. Saytın baş redaktoru Elşad Eyvazlı saytın fəaliyyəti barədə qonağa məlumat verib. Bildirib ki, ölkənin informasiya təminatında öz yeri olan Modern.az –ın əsas hədəfi doğru məlumatların yayımıdır. Milli Məclisin işinin xüsusi diqqətdə saxladıqlarını deyən E. Eyvazlının sözlərinə görə, sayt parlamentarilərin etibar etdiyi və fikir mübadiləsi apara bildikləri bir məkana çevrlib. O, həmçinin rəhbərlik etdiyi Parlament Jurnalistləri Birliyinin fəaliyyəti barədə qonağa geniş məlumat verib.  

TRT-nin Bakı bürosunun rəhbəri Emrah Timurçin gələcəkdə bir çox layihələrdə birlikdə çalışmağı təklif edib. Təklifdən məmnunluq bildirən saytın baş redaktoru Elşad Eyvazlı öz təşəkkürünü bildirib və birgə layihələrdə əməkdaşlıq perspektivini yüksk qiymətləndirib.  

Daha sonra Emrah Timuçin Modern.az –ın redaksiya heyəti ilə tanış olaraq onlara işlərində uğurlar arzulayıb.

 

Ulduz İBRAHİMOVA  
Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB