Modern.az

XXVII tura yekun vurulur

XXVII tura yekun vurulur

İdman

16 Mart 2025, 09:45

Misli Premyer Liqasının XXVII turuna bu gün iki oyunla yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, əvvəlcə "Səbail" "Neftçi" ilə üz-üzə gələcək.

 

"ASCO Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda "Neftçi" 28 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 18 xala malik "Səbail" isə sonuncu - 10-cudur.

 

Turun son matçı Tovuz şəhər stadionunda "Turan Tovuz"la "Sumqayıt" arasında baş tutacaq. Görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

 

Tovuz təmsilçisi 43 xalla turnir cədvəlinin dördüncü pilləsindədir. 8-ci yerdə qərarlaşan Sumqayıt klubunun 25 xalı var.

 

Misli Premyer Liqası

 

III dövrə, XXVII tur

 

16 mart

 

16:00. "Səbail" - "Neftçi"

 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.

 

VAR: Rauf Allahverdiyev.

 

AVAR: Kamran Bayramov.

 

Hakim-inspektor: Babək Quliyev.

 

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

 

"ASCO Arena"

 

18:30. "Turan Tovuz" - "Sumqayıt"

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.

 

VAR: Kamal Umudlu.

 

AVAR: Zöhrab Abbasov.

 

Hakim-inspektor: Feyzulla Feyzullayev.

 

AFFA nümayəndəsi: Elçin Məmmədov.

 

Tovuz şəhər stadionu

 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" "Qarabağ"la (0:0), "Sabah" isə "Zirə" ilə (1:1) heç-heçəyə razılaşıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular